Interposta.Info

Almaniyada Çinə casusluqda şübhəli bilinən üç nəfər saxlanıldı
 

Dünya
 22-04-2024, 16:37     25 400

Almaniyada hüquq-mühafizə orqanlarının əməkdaşları Çinə casusluqda şübhəli bilinən üç şəxsi həbs edib.

"İnterPosta"xəbər verir ki, bu barədə "Spiegel” yazır.

Nəşrin məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları Bad Homburqdan olan 59 yaşlı kişini və Düsseldorfdan olan cütlüyü "kəşfiyyat xidmətlərinin xeyrinə gizli fəaliyyətdə” və "Xarici ticarət və ödənişlər haqqında” Qanunu pozmaqda şübhəli bilinərək həbs ediblər.

Qeyd olunur ki, federal baş prokuror 59 yaşlı şübhəli Tomas R.-in Almaniyada "hərbi məqsədlər üçün istifadə oluna biləcək innovativ texnologiyalar haqqında” məlumat toplayan Çinin MSS məxfi xidmətinin əməkdaşı ilə təmasa girdiyini bildirib. İddialara görə, müttəhimə Düsseldorfda şirkətə rəhbərlik edən evli cütlük kömək edib. Müstəntiqlərin fikrincə, şirkət alman alimləri və tədqiqatçıları ilə "əlaqələr və əməkdaşlıq qurmaq üçün vasitə” rolunu oynayıb.

Federal prokuror həmçinin qeyd edib ki, Çin agentinə ötürülən məlumat mühərriklərdə, xüsusən də döyüş gəmilərində istifadə oluna bilən qabaqcıl maşın hissələrinə aiddir.

Agentliyin məlumatına görə, təqsirləndirilən şəxsin Almaniyadan MSS-in tapşırığı ilə aldığı xüsusi lazeri də qanunsuz olaraq Çinə ixrac etdiyi iddia edilir.

Spiegel-in məlumatına görə, təqsirləndirilən şəxs indi Federal Məhkəmənin təhqiqat hakiminin qarşısına çıxacaq və o, həbs qətimkan tədbirinin seçilib-seçilməməsinə qərar verməlidir.\qaynarinfo.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26