Interposta.Info

Rumıniyada NATO-nun ən böyük hərbi-dəniz təlimi başlayır

Dünya
 8-04-2024, 16:50     79 453

Rumıniya Hərbi-Dəniz Qüvvələrinin təşkil etdiyi ən böyük çoxmillətli "Sea Shield" ("Dəniz qalxanı”) təlimi başlayıb.

Bu barədə Qaynarinfo "Radio Rumania”ya istinadən xəbər verir.

Təlimdə 12 müttəfiq və tərəfdaş ölkədən 2200-dən çox hərbçi və 135 gəmi, təyyarə və nəqliyyat vasitəsi iştirak edir.
Açılış mərasimi bu gün Konstansa limanında baş tutub.

"Sea Shield" 9-cu çoxmillətli təlimində Bolqarıstan, Fransa, Gürcüstan, Yunanıstan, İtaliya, Böyük Britaniya, Moldova, Niderland Krallığı, Polşa, Portuqaliya, Türkiyə, ABŞ və Rumıniya qoşunları və döyüş vasitələri iştirak edir.

Təlim bütün döyüş sahələrində təlimlərə diqqət yetirir və iştirakçı qüvvələr arasında qarşılıqlı fəaliyyət səviyyəsini artırmaq məqsədi daşıyır.

"Biz sualtı, yerüstü və havada, Qara dənizdə, eləcə də məsuliyyət zonası hesab edilən çay bölgəsində əməliyyat prosedurlarını tətbiq etməli olacağıq", - deyə Rumıniya Hərbi-Dəniz Qüvvələrinin qərargah rəisi, vitse-admiral Mihay Panait bildirib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26