Interposta.Info

Rusiya XİN rəhbərinin müavini İran səfiri ilə görüşdü: Cənubi Qafqaz siyasəti müzakirə edildi
 

Dünya
 2-04-2024, 19:22     36 574

Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin və İranın Moskvadakı səfiri Kazem Cəlali müxtəlif səviyyələrdə qarşıdan gələn təmasların cədvəlini və Cənubi Qafqazda vəziyyətin daha da sabitləşdirilməsi məsələlərini müzakirə ediblər.

Bu barədə diplomatik idarənin məlumatında deyilir.

“Görüşdə Cənubi Qafqazda vəziyyətin daha da sabitləşdirilməsi vurğulanmaqla bir sıra aktual ikitərəfli və regional məsələlər müzakirə edilib. 3+3 formatı çərçivəsində yanaşmaların sıx əlaqələndirilməsinin davam etdirilməsində qarşılıqlı maraq ifadə olunub. Vurğulanıb ki, bu, əhəmiyyətli potensiala malik olan məşvərətçi regional platformadır. Həmçinin, regionda ilk növbədə Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin inkişafı ilə bağlı birgə infrastruktur layihələrinin həyata keçirilməsinə hər iki tərəfin müsbət münasibəti təsdiqlənib”, - deyə nazirlikdən bildirilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26