Interposta.Info

Rusiyalı polkovnik “Crocus”da arvadını və oğlunu xilas edəndə həlak olub

 

Dünya
 29-03-2024, 15:51     45 152

Moskva vilayətində “Crocus City Hall” konsert zalında baş verən terror aktında həlak olanlardan biri də Tolyattidən gələn polkovnikdir. Timur Myasnikov arvadını və oğlunu xilas etsə də, özü həlak olub.

Məlumata görə, Ukraynada döyüşlərdə iştirak edən yüksəkrütbəli zabit Moskvada məzuniyyətdə olub. O bu fürsətdən istifadə edərək həyat yoldaşı və oğlu ilə birlikdə konsertə getməyə qərar verib.

Terror zamanı o, ailə üzvlərini təhlükəsiz yerə itələməyə nail olub, ancaq özü güllə yağışına tutulub.

Həkimlər bir neçə gün onun həyatı üçün mübarizə aparsalar da, zabiti xilas etmək mümkün olmayıb.

Myasnikov Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının xüsusi təyinatlı briqadasında xidmət edib.

Xatırladaq ki, martın 22-də Krasnoqorskda “Crocus City Hall” konsert zalında terror aktı baş verib. Əlisilahlı dörd nəfər konsertə gələnlərə atəş açıb, partlayış törədib, daha sonra kompleksdə yanğın başlayıb. Son məlumatlara görə, terrorda 382 nəfər yaralanıb, 143 nəfər həlak olub. Terrorçular həbs olunublar.

Bundan əvvəl Moskva İctimai Monitorinq Komitəsi məhkəmə tərəfindən təqsirli bilindikdən sonra terrorçuları nə dərəcədə ağır həbs şəraiti gözlədiyini açıqlamışdı.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26