Fransanın müdafiə naziri İrəvana gəldi

Fransanın müdafiə naziri Sebastyan Lekornun başçılıq etdiyi nümayəndə heyəti İrəvana gəlib.
"İnterPosta" xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Onu Ermənistan müdafiə nazirinin müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-leytenant Edvard Asryan qarşılayıb.
Lekorn Ermənistanın müdafiə naziri Suren Papikyanın dəvəti ilə Ermənistanda iki günlük rəsmi səfərdədir.
Bu, Fransa Silahlı Qüvvələri nazirinin Ermənistana ilk səfəridir.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26