Interposta.Info

Lavrov: Ukrayna məsələsində razılığa gəlmək variantları görünmür

Dünya
 14-02-2024, 15:27     52 558

Rusiya Ukraynadakı münaqişənin "yerdəki reallıqları” nəzərə alaraq diplomatik yolla həllinə hazırdır. Lakin Qərbin hazırkı mövqeyinə görə Ukrayna məsələsində razılığa gəlmək variantları yoxdur.

Qaynarinfo Kommersant-a istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

"Bizə müharibə elan edənlərdən ciddi təkliflər olmasa və onların nə bizim maraqlarımızı, nə də yerdəki reallıqları nəzərə almaq istəmədikləri halda, hələ ki, danışıqlar masası arxasında danışmaq mümkün olmayacaq. Belə variantlar görünmür”, - deyə Lavrov Dövlət Dumasında "hökumət saatı”nda bildirib.

Rusiyalı nazir qeyd edib ki, Rusiya Rusiyanın "qanuni maraqlarını”, eləcə də "uzun illər ərzində formalaşmış və indiki vəziyyətə gətirib çıxaran” reallıqları nəzərə alaraq siyasi və diplomatik nizamlanmaya açıq qalır.

Lavrovun sözlərinə görə, ABŞ və müttəfiqləri Rusiya Federasiyasını "strateji məğlubiyyətə” uğratmaq "xəyallarından əl çəkmirlər”. O qeyd edib ki, son vaxtlar Qərbdə "artıq öz qələbələri haqqında deyil, Putinin qalib gəlməsinin qarşısını necə almaq barədə danışırlar”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26