Interposta.Info

Müharibə, yoxsa rəqabət: ABŞ-Çin münasibətlərindən nə gözləmək olar? (ŞƏRH)

Dünya
 7-02-2024, 21:13     47 861

"Çinlə ABŞ nə qədər bir-birinə qarşı aqressiv davransalar, bir-birinin ünvanına təhdidedici sözlər söyləsələr də, iqtisadiyyatları bir-birindən asılı vəziyyətdədir”.

Bunu "İnterPosta"-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli güclənməkdə olan Çinin iqtisadi müstəvidə hələlik hegomonluğunu saxlayan ABŞ-ı sıradan çıxarması ehtimalına münasibət bildirərkən deyib:

"Çinlə ABŞ arasında ticarət dövriyyəsi 1 trilyon dollara yaxındır. ABŞ-ınÇində və əksinə istiqamətdə qarşılıqlı yatırımları isə təxminən 8-10 trilyon dollar civarındadır. Yəni, bu iki ölkənin bir-birindən asılılığı o həddədir ki, onların münasibətlərinin tamamilə korlanması mümkün deyil. Ona görə də Çinlə ABŞ arasında gərginləşən geosiyasi münasibətlər, xüsusən də Tayvan məsələsilə bağlı, hələ ki, iqtisadi əlaqələrinə ciddi təsir göstərmir. Çinin iqtisadi cəhətdən böyüməsi bir fenomendir. 30 il bundan öncə ABŞ-dan 5 dəfə geridə qalan Çin iqtisadiyyatı hazırda həcminə görə az qala Birləşmiş Ştatların iqtisadiyyatı ilə bərabərləşib. Bu gələcək dönəmdə ABŞ üçün ciddi bir çağırışdır. Amma faktiki olaraq onların iqtisadiyaytı bir-birindən çox asılıdır”.

Qeyd edək ki, Qərb-Rusiya qarşıdurması fonunda Çin gücünü artırır. Bu qarşıdurmada Pekin neytral mövqe tutmaqla hər iki tərəflə normal münasibətləri qoruyub saxlamağa çalışır. Çin bununla da hər iki tərəfin müharibə fonunda zəifləməsindən istifadə edərək, dünyanın bir nömrəli aparıcı dövləti olmaq istəyir.\qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26