Interposta.Info

Tokayev Qazaxıstan hökumətini istefaya göndərdi
 

Dünya
 5-02-2024, 16:57     22 215

Qazaxıstan prezidenti Kasım-Comart Tokayev hökuməti istefaya göndərib. Nazirlər yeni hökumət təsdiq olunana qədər öz vəzifələrini icra edəcəklər.

"InterPosta" xəbər verir ki, bu barədə Qazaxstan prezidentinin saytı məlumat yayıb.

Qazaxıstanın baş nazirinin səlahiyyətləri Roman Sklyara həvalə edilib. O, buna qədər hökumət başçısının birinci müavini vəzifəsində çalışıb.


Bundan əvvəl Qazaxıstan prezidentinin mətbuat xidməti məlumat verib ki, fevralın 7-də Kasım-Comart Tokayev hökumətin genişləndirilmiş iclasını keçirəcək. O, 2023-cü ilin yekunlarına baxmalı və bu il üçün əsas vəzifələri müəyyən etməlidir.

2023-cü ilin martında Qazaxstan hökuməti ölkənin yeni Konstitusiyasına uyğun olaraq - Məclisə (parlamentin aşağı palatası) seçkilərdən sonra istefa verib. Bundan sonra 2022-ci ilin yanvarından bu vəzifədə çalışan Əlixan Smailov yenidən baş nazir təyin edilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26