Interposta.Info

"Siyasi harakiri": Aİ-də hamı Şarl Mişeldən “sadəcə bezib” - "Politico"

 

Dünya
 30-01-2024, 15:11     25 112

Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel Avropa Parlamentinə namizədliyini irəli sürəcəyini açıqlayanda və cümə günü, yanvarın 26-da bu ideyadan vaz keçən zaman Aİ-də qalmaqal yaranıb. Rəsmilərdən birinin dediyinə görə, Mişel "siyasi harakiri” edib.

"İnterPosta" xəbər verir ki, bu barədə "Politico” yazır.

"Hamı Mişeldən sadəcə bezib”, - belçikalı məmurlardan biri deyib.

Aİ diplomatlarından birinə görə, Mişelin indi edə biləcəyi yeganə şey "görüşün vaxtında başlamasına və hər kəsin işlək qələminə sahib olduğuna əmin olmaqdır”.
Avropa rəsmiləri və diplomatları deyirlər ki, Mişel təcili qərarlar qəbul etmək üçün daha da az siyasi nüfuza malikdir. Və Brüsseldə bəziləri artıq onun əvəzedicilərinin adlarını öyrənirlər.

"O, siyasi harakiri edib. İndi onun heç bir nüfuzu qalmayıb”, - deyə Aİ diplomatı bildirib.

Digər diplomatın fikrincə, Mişelin vəzifəsində qalması çox az şeyi dəyişəcək.

"O, onsuz da Avropa İttifaqı Şurasının sədri kimi o qədər də inam yaratmır”, - o, əlavə edib.

Nəşr yazır ki, Avropa İttifaqının əsas institutlarından biri olan Avropa İttifaqı Şurasının prezidentinin rolu blokun 27 lideri arasında çox zəruri razılığın əldə olunması üçün həlledicidir. Bu, cümə axşamı Aİ hökumət başçılarının xüsusi iclası öncəsi xüsusilə mühüm mövqedir. Belə ki, orada 26 lider Macarıstanın Baş naziri Viktor Orbanı Ukraynaya 50 milyard avroluq yardım proqramının qəbul edilməsinə inandırmalıdırlar.

Xatırladaq ki, yanvarın əvvəlində Şarl Mişel Avropa Parlamentinə namizədliyini irəli sürmək niyyətində olduğu üçün Avropa İttifaqı Şurasının prezidenti vəzifəsini vaxtından əvvəl tərk edə biləcəyini bildirib.

Yanvarın 26-da Mişel Avropa Parlamentinə namizəd olmaq niyyətindən əl çəkib, o öz vəzifəsində qalacaq.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26