Interposta.Info

Dünyada xərçəngə yoluxma halları kəskin artır: Daha çox gənclər...

Dünya
 12-01-2024, 11:24     40 012

Xərçəngə yoluxma halları bütün dünyada artır və daha çox gənclərə diaqnoz qoyulur.

Qaynarinfo xəbər verir ki, bu barədə "BMJ Oncology" jurnalında dərc olunmuş araşdırmada deyilir.

Qeyd edilir ki, ABŞ-da son 20 il ərzində xərçəng diaqnozunun göstəricisi 12,8% artıb. Tədqiqat həmçinin bütün dünyada, ilk növbədə Şimali Amerika, Avstraliya və Qərbi Avropada 50 yaşdan aşağı xərçəng xəstələrinin sayının kəskin artdığını göstərir.

"Xəstəliyin yaşı getdikcə cavanlaşır. Ola bilsin ki, bu, ətraf mühit, qida, dərman və ya hələ müəyyən etmədiyimiz digər şeylərin tərkibi ilə bağlıdır", deyə Nyu-Yorkdakı Memorial Sloan Kettering Xərçəng Mərkəzində mədə-bağırsaq xərçənginin erkən təzahürləri olan xəstələr üçün proqramın rəhbəri Andrea Çerçek bildirib.

Məqalədə deyilir ki, bu, tibb mütəxəssislərini çıxılmaz vəziyyətə salır. Həkimlər səbəblərin həyat tərzinin dəyişməsində - qeyri-kafi fiziki aktivlik, çoxlu sayda yüksək emal olunmuş qidalar, yeni toksinlərin, mikroplastiklərin meydana çıxması və obez insanların sayının artmasında olduğuna şübhə edirlər. Eyni zamanda, mütəxəssislər piylənmə və həyat tərzinin vəziyyəti tam izah edə bilməyəcəyinə diqqət çəkirlər.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26