Interposta.Info

Ekspert: "İran elitası Rusiya ilə münasibətləri pozmaq istəyir"
 

Dünya
 26-12-2023, 20:03     27 637

"İran elitasının bir hissəsi Rusiya ilə münasibətlərdə sabitliyi pozmaqda, Qərb dövlətləri ilə əlaqə yaratmaqda maraqlıdır".

"İnterPosta" xəbər verir ki, nunu lenta.ru-ya Moskva Dövlət Universitetinin Asiya və Afrika ölkələrinin iqtisadiyyatı və iqtisadi coğrafiyası kafedrasının dosenti, tarix elmləri namizədi Yelena Dunayeva deyib.

Onun sözlərinə görə, İranda daha çox Qərbə yönəlmiş müəyyən qüvvələr var ki, onlar Rusiya ilə münasibətlərin möhkəmlənməsində deyil, sabitliyin pozulmasında birbaşa maraqlıdırlar.

"Təbii ki, bu, İran parlamentinin tribunasında müzakirə ilə nəticələnir", deyə ekspert bildirib.

Şərqşünas qeyd edib ki, son sosioloji sorğulara əsasən, İran cəmiyyətinin 60%-dən çoxu Rusiya ilə strateji əlaqələrin inkişafına qarşıdır. Yelena Dunaeva vurğulayıb ki, iranlılar arasında iqtisadi baxımdan Rusiya həmişə İrana rəqib olacaq fikri kök salıb.

Bundan əvvəl Yelena Dunayeva bildirib ki, Rusiya həm İran, həm də ərəb dünyası ilə əməkdaşlıq etmək istəyinə görə Fars körfəzindəki Əbu Musa, Kiçik Tunb və Böyük Tunb adaları ilə bağlı mübahisənin diplomatik yolla həllinə ümid edir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26