Interposta.Info

Ukrayna PUA-ları Rusiyanın bölgələrinə kütləvi hücum etdi

Dünya
 1-09-2023, 10:26     305

Ukrayna Silahlı Qüvvələrinin PUA-ları ötən gecə və cümə günü səhər saatlarında Rusiyanın bir sıra bölgələrinə hücum edib.

Moskva meri Sergey Sobyanin paytaxta dronla yeni hücum olunduğunu açıqlayıb.

Onun sözlərinə görə, Lyubertsı yaxınlığında hava hücumundan müdafiə qüvvələri Ukraynaya məxsus pilotsuz təyyarəni vurub. "Zərərçəkən və dağıntı yoxdur", - deyə şəhər rəhbəri Telegram kanalında yazıb. Sobyanin həmçinin rus hərbçilərinə "bilik gününü korlamağa imkan vermədiklərinə” görə təşəkkür edib.

Öz növbəsində, Pskov vilayətinin qubernatoru Mixail Vedernikov bölgə üzərində səmada naməlum obyektin məhv edildiyini açıqlayıb.

Bryansk yaxınlığında Ukraynaya məxsus pilotsuz uçan aparat hava hücumundan müdafiə vasitəsi ilə vurulub, - regionun rəhbəri Aleksandr Boqomaz bildirib.

Bundan əlavə, Kursk vilayətinin qubernatoru Roman Starovoit bildirdiyinə görə, Ukrayna pilotsuz təyyarələri Kurçatovda inzibati binaya və yaşayış binasına ziyan vurub.

Hava hücumundan müdafiə sistemi Belqorod vilayətində də işləyib - orada təyyarə tipli PUA vurulub, - qubernator Vyaçeslav Qladkov bildirib./qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26