Interposta.Info

İranda “Qadın, həyat, azadlıq” etiraz aksiyalarında öldürülən uşaqların statistikası açıqlandı - FOTO

Dünya
 9-08-2023, 15:06     297

İranda “Qadın, həyat, azadlıq” şüarı altında keçirilən etiraz aksiyalarında öldürülən uşaqların statistikası açıqlanıb.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.

“İndependent Persian” nəşri bununla bağlı “X” sosial şəbəkəsindəki rəsmi hesabında paylaşım edib. Paylaşımda “İslam Respublikası və dini hakimiyyətin ətəyində uşaq qətlinin ləkəsi” yazılı rəsm dərc olunub.

“İnsan Haqları Təşkilatının statistikasına görə, təkcə “Qadın, həyat, azadlıq” şüarı altında etirazların ilk üç ayında İran xalqına qarşı mütəşəkkil cinayətlərin qurbanları arasında 71 uşaq və yeniyetmənin adı qeydə alınıb”, - deyə paylaşımda qeyd edilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26