Interposta.Info

Cənubi Avropada temperatur 50 dərəcəyə çata bilər

Dünya
 19-07-2023, 09:06     403

Afrikanın böyük Sahara səhrasından Avropaya yaxınlaşan “Xaron” antisiklonuna görə Avropa ölkələrində istilik rekord göstəriciyə - 50 dərəcəyə qədər qalxa bilər.

Məlumata görə, çərşənbə günü Sardiniya adasında temperatur, demək olar ki, 50 dərəcəyə qədər yüksələ bilər. Çərşənbə günü İtaliyanın 23 ən böyük şəhərində Səhiyyə Nazirliyinin həddindən artıq istilərlə bağlı xəbərdarlığı qüvvədə olacaq.

Artıq Afina, Roma və Madriddə yüksək temperatur qeydə alınıb. Güclü külək səbəbindən Avropa ölkələrində yanğınlar baş verə bilər. Afina yaxınlığında artıq bir neçə ev yanıb. Palma adasında irimiqyaslı yanğınlar səbəbindən 4 mindən çox insan təxliyə olunmağa məcbur olub.

Qeyd edək ki, son temperatur rekordu Avropada 2021-ci ildə Siciliya adasında istilik 48,8 dərəcəyə çatanda qeydə alınıb. Şimal yarımkürəsində ekstremal hava hadisələri daha tez-tez baş verir. Ümumdünya Meteorologiya Təşkilatının məlumatına görə, ekstremal hava şəraitinin “yeni norma”ya çevrilməsi ehtimalı var./Bloomberg

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26