Interposta.Info

Türkiyədə raket fabrikində partlayış: 5 nəfər ölüb (VİDEO)

Dünya
 10-06-2023, 12:20     326

Türkiyənin paytaxtı Ankara şəhərinin Elmadağ rayonunda yerləşən raket və onlar üçün sursat istehsal edən fabrikdə partlayış olub.

Qaynarinfo yerli mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində 5 nəfər ölüb.

Bildirilib ki, müəssisə Maşınqayırma və Kimya sənayesinə məxsusdur. Məlumata görə, yanğından və tüstüləmədən əvvəl fabrikdə partlayış səsləri eşidilib.

Hadisə yerinə xilasedicilər, yanğın söndürənlər, təcili tibbi yardım heyəti və polis əməkdaşları cəlb olunub.

Yanğının səbəbləri və şəraiti araşdırılır.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26