Interposta.Info

Türkiyədə prezident seçkilərinin ikinci turu keçiriləcək

Dünya
 15-05-2023, 16:53     228

Türkiyədə prezident seçkilərinin ikinci turu keçiriləcək.

"İnterPosta"xəbər verir ki, bunu ölkənin Mərkəzi Seçki Komissiyasının sədri Ahmet Yener bildirib.

O qeyd edib ki, Türkiyədə prezident seçkiləri çərçivəsində ölkə daxili verilən səslərin 100%-i sayılıb.

Nəticələrə əsasən, prezident seçkilərində "Cümhur İttifaqı”nın namizədi Rəcəb Tayyib Ərdoğan 49,51%, "Millət İttifaqı”nın namizədi Kamal Kılıçdaroğlu 44,88%, "ATA İttifaqı”nın namizədi Sinan Oğan 5,17% səs toplayıblar. Seçkilərdə namizədliyini geri götürən "Məmləkət” partiyasının sədri Məhərrəm İncə isə seçicilərin 0,44%-i səs verib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26