Interposta.Info

Sabah ilin ilk Ay tutulması olacaq

Dünya
 4-05-2023, 16:18     207

Səma təqviminə görə, 2023-cü ilin ilk Ay tutulması may ayının 5-də baş verəcək.

"İnterPosta" xəbər verir ki, Ay mayın 5-i, cümə günü Yerin xarici kölgəsinə keçərək penumbral tutulma adlanan astronomik hadisəni yaradacaq.

Tutulma zamanı səma müşahidəçiləri Ayın tutqun olduğunu görəcəklər, lakin o tamamilə yox olmayacaq.

Avropa, Asiya, Avstraliya, Afrika, Sakit okean, Atlantik, Hind okeanı, Antarktida Türkiyə və Azərbaycanda da tutulma müşahidə edilə bilinəcək.

Təbiət hadisəsi başlayarkən Ay üfüqdən aşağıda olduğuna görə tutulma hadisəsi Azərbaycanda 19:38:00-dan etibarən müşahidə olunacaq.
Yarımkölgəli Ay tutulmasını adi gözlə görmək çətin olur, çünki kölgəli hissə Ayın qalan hissəsindən azacıq zəifdir.

Qeyd edək ki, 2023-cü ilin 2-ci Ay tutulması oktyabrın 28-də baş verəcək.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26