Interposta.Info

Polşa əvvəl Almaniyadan, sonra isə Rusiyadan təzminat əldə etmək istəyir

 

Dünya
 2-05-2023, 14:09     196

Polşa əvvəlcə Almaniyadan təzminat əldə etmək istəyir, sonra Rusiyaya tələblər irəli sürə bilər.

Qaynarinfo "Financial Times"a istinadən xəbər verir ki, bu barədə Polşa prezidentinin ofisinin beynəlxalq siyasət bürosunun rəhbəri Marçin Pşidaç bildirib.

Onun sözlərinə görə, Varşava "başqa bir sivilizasiya” olduğu üçün Berlindən başlamaq qərarına gəlib.

"Berlinlə dialoqa başlaya biləcəyimizə inanırıq, lakin Putinlə bu fərqli bir sivilizasiyadır. Almaniya ilə uğur əldə edildikdən sonra növbəti addım başqa bir işğalçıyla belə bir müzakirəyə başlamaq ola bilər”, deyı Marçin Pşidaç "Financial Times"a müsahibəsində Polşanın niyə Rusiyadan təzminat tələb etmədiyi sualına cavab olaraq bildirib.

Xatırladaq ki, 2022-ci ilin sentyabrında Polşanın xarici işlər naziri Zbiqnev Rau Almaniyadan II Dünya müharibəsi zamanı dağıntılara görə kompensasiya tələb edən nota imzalayıb. Varşava dəymiş ziyanın miqdarını 6,2 trilyon zlotı (1,3 trilyon dollar) qiymətləndirir. Tələblər siyahısına 1939-1945-ci illərdə Almaniya dövləti tərəfindən oğurlanmış Polşa dövlət banklarının aktiv və öhdəliklərinin qaytarılması, həmçinin təcavüz və alman işğalı qurbanlarına və onların ailələrinə dəyən zərərin ödənilməsi daxil edilib. 2023-cü ilin yanvarında Almaniya təzminatların ödənilməsi ilə bağlı danışıqlardan imtina edib, Polşa yardım üçün ABŞ-a müraciət edib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26