Interposta.Info

Blinken Rusiya ilə “konstruktiv diplomatiya”nın şərtlərini açıqladı
 

Dünya
 24-03-2023, 09:59     266

ABŞ Moskvadan istək əlamətləri görərsə, Ukrayna münaqişəsini həll etmək üçün Rusiya ilə konstruktiv diplomatiyaya hazırdır.

"İnterPosta"xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin YouTube kanalında yayımlanan Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin dinləmələri zamanı ABŞ dövlət katibi Entoni Blinken bildirib.

"Rusiyanın münaqişəni sona çatdırmaq üçün konstruktiv diplomatiyaya maraq göstərdiyinə və hazır olduğuna dair hər hansı əlamət görsək, bu fürsətdən istifadə edəcəyik”, - Blinken bildirib.

Bundan əvvəl ABŞ Ukrayna böhranının həlli üçün Rusiya tərəfi ilə dialoqa hazır olduğunu dəfələrlə bəyan edib. Xüsusilə, 2022-ci ilin dekabrında Amerika prezidenti Co Bayden deyib ki, rusiyalı həmkarı Vladimir Putin Ukraynada hərbi əməliyyatların dayandırılmasında maraqlı olarsa, onunla "danışmağa hazırdır”.\qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26