Çinin Ukrayna münaqişəsini həll etmək üçün heç bir stimulu yoxdur - NYT

Avropa rəsmiləri Çinin Moskvanı Ukraynada hərbi əməliyyatları dayandırmağın zəruriliyinə inandırmaq qabiliyyətinə və istəyinə inanmırlar. Onların fikrincə, hazırkı vəziyyət diqqətin Asiyadan yayınması səbəbindən Çin üçün faydalıdır.
Qaynarinfo xəbər verir ki, bu barədə "The New York Times”ın analitikləri Aİ liderlərinin və amerikalı çinşünasların bəyanatlarına əsaslanaraq yazır.
Stimson analitik mərkəzi hesab edir ki, Çin rəsmilərinin ritorikası Avropanın işgüzar dairələri ilə əlaqələrin qurulmasına yönəlib. Bu məqsədlə çinli diplomatlar, o cümlədən Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Xarici əlaqələr komissiyasının dəftərxanasının rəhbəri Van İ Avropanı ABŞ-ın təhlükəsizlik strategiyasının qurbanı kimi təmsil edir və ayrıca dialoqa çağırırlar.
NYT analitiklərinin fikrincə, bu cür ritorika Avropa komissiyasının sədri Ursula fon der Lyayenin Çinlə "əlaqəni kəsməyə deyil, riskləri azaltmağa diqqət yetirmək” zərurəti ilə bağlı bəyanatları ilə səsləşir. Aİ bundan əvvəl də ABŞ-ın sanksiyalar tətbiq etdiyi Çin şirkətlərini (məsələn, Huawei kimi) qara siyahıya salmaqdan imtina edib.
Ətraflı
Rhodium Group tədqiqat şirkətinin Çin-Avropa əlaqələri üzrə eksperti Noa Barkinin sözlərinə görə, Münhen təhlükəsizlik konfransı zamanı Van İ "bütün çətinliklərdə” ABŞ-ı günahlandırmağa çalışıb. "Məqsəd ABŞ-ın Çinlə ticarətə məhdudiyyətlər qoymaq və Ukraynanın müdafiəsi üçün hərbi dəstəyi səfərbər etmək səylərini Avropanı yeni soyuq müharibəyə cəlb etmək kimi təsvir etmək idi”, - deyə Barkin bildirib.
Buna görə də Moskva ilə Pekin arasında məsafənin saxlanmasına analitiklər sırf ritorik vasitə kimi baxırlar, bundan sonra münaqişənin həlli üçün real addımlar olmayacaq. Onun əsl məqsədi 2019-cu ildə Honq-Konqda gərginliyin artması və 2021-ci ildə Çin hakimiyyətinin uyğurlara münasibəti nəticəsində yaranmış qalmaqala görə "relsdən çıxmış” Avropa ilə ticarət sazişini canlandırmaqdır.
Xatırladaq ki, Münhen təhlükəsizlik konfransı zamanı Van İ Çinin Ukraynadakı münaqişənin həllinə kömək etmək planlarını açıqlayıb. Bunun üçün çinli diplomat sülh planını ictimaiyyətə açıqlayacağına söz verib.
InterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26