Ermənistanın müdafiə naziri istefa verir, diplomatik xidmətə keçir - KİV

Ermənistanın müdafiə naziri Suren Papikyan istefa verərək, diplomatik xidmətə keçəcək.
"İnterPosta"xəbər verir ki, bu barədə Ermənistanın "İravunk” qəzeti öz mənbələrinə istinadən yazır.
Nəşrin məlumatına görə, Papikyan və baş nazir Nikol Paşinyan artıq bu barədə razılığa gəliblər, qərar birgə qəbul edilib.
"Paşinyan bununla iki tapşırığı eyni anda həll edir: birincisi, Papikyanın istefaya göndərilməsi ilə bağlı "öz ağaları”nın tələblərini yerinə yetirir, ikincisi isə Basarkeçərdə 15 hərbçinin ölümündən sonra əhali arasında yaranan gərginliyi aradan qaldırır”, deyə məlumatda qeyd olunub.
Bundan əvvəl Ermənistan KİV-i yazmışdı ki, kazarmada baş verən yanğından və 15 əsgərin ölümündən sonra hakim partiyanın nümayəndələrilə qapalı görüş zamanı bəzi deputatlar Papikyanın istefasının zəruriliyindən danışıb. Lakin kollektiv olaraq bunun təxirə salınmasına qərar verilib.
Qeyd edək ki, yanvarın 19-na keçən gecə Qeqarkunik rayonunun Azat kəndində mühəndis şirkətinin müvəqqəti barakı kimi fəaliyyət göstərən evdə yanğın baş verib. Nəticədə 15 hərbçi həlak olub, daha 3 hərbçi yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Yanğına səbəb isinmək üçün benzindən istifadə edilməsi olub. Hadisədən sonra 5 yüksək rütbəli hərbçi - 2-ci Ordu Korpusunun demək olar ki, bütün komandanlığı tutduqları vəzifələrdən azad edilib.
Başlanılan cinayət işi çərçivəsində yanğın zamanı xəsarət almış və Yanıq Mərkəzində müalicəsi davam etdirilən kapitanla yanaşı, mühəndis-istehkamçılar rotasının komandirinə də ittiham elan edilib.
Hərbi hissə komandirinin arxa cəbhə üzrə müavini Qor Aqekyan artıq iki ay müddətinə həbs edilib.\qaynarinfo
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26