Interposta.Info

Türkiyədə dəhşətli zəlzələ baş verib - CANLI YAYIM + YENİLƏNİB

Dünya / Manşet
 6-02-2023, 08:33     313

Bu gün Türkiyədə çox sayda insanın ölümünə və dağıntılara səbəb olan dəhşətli zəlzələ baş verib.

Haber Global dağıntılar olan yerdən canlı yayıma çıxıb:


06:51

Türkiyədə 7.4 maqnitudalı zəlzələ olub.

"İnterPosta" xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, zəlzələnin ocağı Kahramanmaraş şəhərinin Pazarcık rayonu ərazisində 7 km dərinlikdə olub.

Yeraltı təkanlar Bakı vaxtı ilə 05:17-də qeydə alınıb. Zəlzələ Ankara daxil olmaqla ölkənin bir çox şəhərlərində hiss edilib.

Çox sayda yaşayış binasının və ictimai-iaşə obyektlərinin dağıldığı bildirilir.
VİDEONU İZLƏMƏK ÜÇÜN TOXUNUN
Hətt bəzi şəxslər dağıntılar altında canlı yayıma çıxaraq olduqları yer barədə məlumat verir, yardım göstərilməsi üçün çağırışlar edirlər.

VIDEONU İZLƏMƏK ÜÇÜN TOXUNUN

Qeyd edək ki, baş verən güclü zəlzələdən sonra Qaziantep şəhərində 6.4 maqnitudalı afterşok qeydə alınıb.

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26