Interposta.Info

İranın yük maşınları Suriyada təyyarələr tərəfindən atəşə tutuldu\

Dünya
 30-01-2023, 11:24     196

Naməlum təyyarələr İraqdan Suriyaya keçən İran yük maşınlarının karvanını atəşə tutub. Atəş Bu-Kəmal sərhəd-keçid məntəqəsində baş verib.

"İnterPosta"xəbər verir ki, bu barədə "Əl-Hadath" telekanalı və AFP xəbər agentliyi məlumat yayıb.

Yük maşını karvanı 25 maşından ibarət olub. Suriya İnsan haqları mərkəzi AFP-yə bildirib ki, onlar Tehranın dəstəklədiyi qruplar üçün Suriyaya silah gətirirlər.

Suriya İnsan Haqları Mərkəzinin məlumatına görə, konvoy məhv edilib. Ölənlərin olduğu iddia edilir. Onların sayı dəqiqləşdirilməyib.\qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26