Interposta.Info

Avropa Rusiyanın Balkanlarda təsirini məhdudlaşdırmalıdır - İtaliya XİN
 

Dünya
 30-11-2022, 19:22     294

İtaliyanın xarici işlər naziri Antonio Tayani bildirib ki, Avropa Rusiyanın Balkanlarda təsirini məhdudlaşdırmalıdır.

"İnterPosta" xəbər verir ki, bu barədə "Reuters” məlumat yayıb.

Onun sözlərinə görə, Qərbi Balkanlarda sabitlik sülh üçün vacibdir.


"Biz Qərbi Balkanlarda rusları dayandırmalıyıq, bizə daha çox Avropa lazımdır", - italyan nazir deyib.

Daha əvvəl bu mövzu ilə bağlı Sloveniya prezidenti Borut Pahor açıqlama verərək bildirib ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi uzanarsa, gərginlik Qərbi Balkanlara da keçə bilər.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26