Interposta.Info

Avropa Rusiyanın Krım körpüsüylə bağlı versiyasına inanmaqdan imtina edir
 

Dünya
 10-10-2022, 19:04     229

Avropa İttifaqı Rusiya tərəfinin Krım körpüsünün dağıdılması ilə bağlı rəsmi məlumatlarına inanmır. Bu barədə Aİ Xarici İşlər Xidmətinin nümayəndəsi Piter Stano bildirib.

Qaynarinfo xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

"Moskvadan inandırıcı olmayan o qədər məlumat var. Biz orada nə baş verdiyini görmürük və bilmirik. Onların dediklərinə zərrə qədər də etibar etməzdim”, - deyə Peter Stano bildirib. Belə ki, o, partlayıcı maddə olan yük maşınının Aİ-nin bir hissəsi olan Bolqarıstan ərazisindən keçməsi ilə bağlı məlumatı şərh edib.


Rusiya İstintaq Komitəsinin məlumatına görə, oktyabrın 8-də səhər saatlarında Krım körpüsündə yük maşını partlayıb. Partlayış nəticəsində yol yatağının iki aşırım hissəsi uçub. Rusiya İK-nin rəhbəri Aleksandr Bastrıkin bildirib ki, yük maşınının marşrutu müəyyən edilib: Bolqarıstan, Gürcüstan, Ermənistan, Şimali Osetiya, Krasnodar diyarı.

Rusiya prezidenti Vladimir Putin hadisəni terror aktı adlandırıb və buna görə Ukrayna xüsusi xidmət orqanlarını günahlandırıb.

KİV mənbələrə istinadən körpünün partladılmasının Ukrayna xüsusi xidmət orqanlarının əməliyyatı olduğunu yazıb, lakin Ukraynanın yüksək səviyyəli rəsmiləri bunu rəsmən təsdiqləməyi

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26