Interposta.Info

Nobel sülh mükafatının qalibləri açıqlandı

Dünya
 7-10-2022, 13:36     314

Norveçin paytaxtı Osloda 2022-ci il Sülh üzrə Nobel mükafatının qaliblərinin adı açıqlanıb.

"İnterPosta" Nobel Komitəsinin rəsmi saytına istinadən xəbər verir ki, qalibin elan olunma mərasimi Norveç Nobel İnstitutunda keçirilib.

2022-ci il Sülh üzrə Nobel mükafatının qalibləri bir şəxs, iki təşkilat olub. Belə ki, Nobel sülh mükafatı Belarus hüquq müdafiəçisi Ales Bialiatskiyə, Rusiyanın "Memerorial" insan hüquqları təşkilatına və Ukraynanın "Centre for Civil Liberties" (Vətəndaş Azadlıqları Mərkəzi) təşkilatına verilib.

Qeyd edək ki, Nobel Sülh mükafatının ötənilki qalibləri filippinli və rusiyalı jurnalistlər Maria Ressaya və Dmitri Muratov olub. Onlar demokratiya və davamlı sülh üçün əsas şərt olan ifadə azadlığını qorunması sahəsində səylərinə görə bu mükafata layiq görülüblər.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26