Interposta.Info

İran yeni orta mənzilli “Rezvan” ballistik raketini təqdim etdi

 

Dünya
 22-09-2022, 19:24     210

İran Aerokosmik Qüvvələri İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Dəniz və Hərbi Hava Qüvvələrinin parad mərasimində yeni "Rezvan” ballistik raketini təqdim edib.

"İnterPosta" xəbər verir ki, bu haqda İranın Tasnim agentliyi məlumat verib.

İslam İnqilabı Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələrinin "Rezvan” yer-yer ballistik raketi ilk dəfə silahlı qüvvələrin İmam Xomeyninin məqbərəsi yaxınlığında keçirilən parad zamanı təqdim olunub.


Qeyd olunur ki, "Rezvan” raketi çıxarıla bilən döyüş başlığına malik birpilləli orta mənzilli maye yanacaq raketidir, uçuş məsafəsi 1400 km-ə qədərdir.

İran qoşunlarının paradında ilk dəfə olaraq "Xaybar-Şekyan” raket sistemi də təqdim edilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26