İranın təsirində olan şiə Husilər yenə Yəməni qana boyadı

Yəmən ordusu ötən gün Husi milislərinin atışması nəticəsində 9 əsgərin öldürüldüyünü və yaralandığını açıqlayıb.
Bu barədə "Əl-Ərəbiyyə"yə istinadən xəbər verir.
Yəmən ordusunun media mərkəzi bəyanatında bildirib ki, 23-24 avqustda da Husi qiyamçıları Hudeyda, Taiz, Həccə, Səada, Əl-Cəvf və Marib cəbhələrində BMT-nin humanitar atəşkəs razılaşmasını 143 dəfə pozublar.
Yəmən ordusunun bəyanatında həmçinin bildirilir ki, husilər Maribin cənub, qərb və şimal-qərbində, Hays və Hudeydanın cənubunda atəşkəs rejimini 33 dəfə pozublar.
Qeyd edilir ki, husilər Yəmənin Zeydi (Dörd İmami) şiələrindəndir və İranın maliyyə və hərbi dəstəyi ilə "Ənsar Allah” adlı qrup yaradaraq Yəmənin mərkəzi hökumətinə qarşı illərdir mübarizə aparırlar./Tərcümə:Qaynarinfo.az
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26