Interposta.Info

Britaniyada hərbi hava bazası qeyri-adi səbəbdən fəaliyyətini dayandırdı
 

Dünya
 12-07-2022, 22:37     181

İsti hava Böyük Britaniyanın Kral Hərbi Hava Qüvvələrinin “RAF Cranwell” aviabazasının işinə mane olub.

Belə ki, bazanın uçuş-eniş zolağında asfalt əriyib.

Nəticədə, bitum təyyarələrin təkərlərinə və aviabazanın işçilərinin ayaqqabılarına yapışmağa başlayıb.

Komandanlıq havanın temperaturu aşağı düşənə qədər təyyarələrin uçuşlarını dayandırmaq qərarına gəlib. Həmçinin aviabazada yerləşən Kral Hərbi Hava Qüvvələri Kollecinin tələbələri üçün təlim uçuşları dayandırılıb.

Qeyd edək ki, son bir neçə gündə Britaniyada havanın temperaturu 32 dərəcəyə çatıb. Eyni zamanda, Böyük Britaniyanın milli meteorologiya xidməti temperaturun daha da yüksələ biləcəyi barədə xəbərdarlıq edib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26