Interposta.Info

Rusiyada meymunçiçəyinə ilk yoluxma qeydə alınıb

Dünya
 12-07-2022, 11:36     472

Rusiyada meymunçiçəyinə ilk yoluxma qeydə alınıb. Xəstəlik Avropa səfərindən qayıdan vətəndaşda aşkarlanıb.

Bu barədə jurnalistlərə “Rospotrebnadzor”un mətbuat xidmətindən məlumat verilib.

“Xəstədən götürülən biomateriallar dərhal “Rospotrebnadzor” müəssisəsinə göndərilib. Meymunçiçəyi infeksiyası biomaterialın tədqiqatı zamanı təsdiqlənib”, - deyə qeyd edilir.

Xatırladaq ki, bundan əvvəl Türkiyə və Gürcüstanda da meymunçiçəyinə yoluxma faktı qeydə alınıb./TASS

GoldMedia.Az

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26