Interposta.Info

Yaponiyanın keçmiş baş naziri sui-qəsd nəticəsində öldü - YENİLƏNİB + FOTO/VİDEO

 

Dünya / Manşet
 8-07-2022, 09:34     460

Silahlı hücuma məruz qalan Yaponiyanın sabiq Baş naziri Şinzo Abe vəfat edib.

Bu barədə Böyük Britaniyanın maliyyə naziri Nadhim Zəhavi öz “Twitter” səhifəsində məlumat verib. 

“Biz siyasətlə insanlara xidmət etmək və dünyanı daha yaxşı bir yerə çevirmək üçün məşğul oluruq. Gözəl bir insan bu nəcib məqsəd uğrunda həyatını itirdi. Əbədi hüzur içində yatsın”, - britaniyalı nazir qeyd edib.

08:46


Yaponiyanın keçmiş Baş naziri Şinzo Abe insanlar qarşısında çıxışı zamanı silahlı hücuma məruz qalıb.

Hadisə Nara şəhərində baş verib. Siyasətçi huşsuz vəziyyətdə xəstəxanaya çatdırılıb.

Siyasətçiyə hücum edən şəxs saxlanılıb.

Həkimlərin məlumatına görə, Şinzo Abenin ürəyi dayanmış vəziyyətdədir, həyat əlaməti yoxdur.

İnterPosta.info




Mənbə: NHK telekanalı

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26