Interposta.Info

Fars körfəzində Amerika gəmiləri İran qayıqları ilə toqquşmadan yayınıb

Dünya
 21-06-2022, 09:40     97

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH, İran Silahlı Qüvvələrinin elit bölmələri - Red) üç kateri ABŞ Hərbi Dəniz Qüvvələrinin “Sirocco” və “Choctaw County” gəmiləri ilə az qala toqquşacaqmış.

“Report” xəbər verir ki, bu barədə Washington Post Pentaqondakı mənbələrə istinadən yazır.

Qeyd olunub ki, gəmilər arasında məsafə 46 metr olub. Bildirilir ki, İran qayıqları təhlükəli yüksək sürətlə patrul gəmisi və “Choctaw County” sürətli nəqliyyat gəmisinin yanından keçib.

Üç İran qayığı “Sirocco”ya yaxınlaşanda gəmilər Fars körfəzində beynəlxalq sularda olub. Daha sonra Amerika gəmisi səsli xəbərdarlıq siqnalı verib. Hadisə bir saata yaxın davam edib.

ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) sözçüsü polkovnik Cozef Buçino deyib ki, İran hərbçilərinin hərəkətləri dənizdə peşəkar və təhlükəsiz davranış üzrə beynəlxalq standartlara cavab vermir və bu, səhv hesablamalar və toqquşma riskini artırır.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26