Interposta.Info

Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların müddətini uzatdı

Dünya
 20-06-2022, 18:23     81


Avropa İttifaqı (Aİ) Krımın ilhaqı ilə əlaqədar Rusiyaya tətbiq edilən sanksiyaları növbəti bir il müddətinə uzadıb.

Bu barədə Avropa İttifaqı Şurasının bəyanatında bildirilib.

Aİ Şurası bu gün Krımın və Sevastopol şəhərinin qanunsuz ilhaqına cavab olaraq qəbul edilən sanksiyaların müddətini 23 iyun 2023-cü ilədək uzadıb.

Bəyanatda qeyd olunub ki, 2014-cü ildə qəbul edilən və hazırda da qüvvədə olan məhdudlaşdırıcı tədbirlərə Krım və ya Sevatspolla əlaqəli məhsullara Aİ-yə idxal edilməsinin, infrastruktur və ya maliyyə investisiyaları yatırılmasının, turizm xidmətləri göstərilməsinin qadağan edilməsi daxildir.

Əlavə olunub ki, sanksiyalar həmçinin, Krım və Sevastopola müəyyən mal və məhsulların, texnologiyaların ixrac edilməsini, Krımın və Sevastopolun nəqliyyat, telekommunikasiya və enerji sektorlarının istifadəsini, neft, qaz və digər mineral resurslarının istismarını və istehsalı qadağan edir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26