Interposta.Info

Ukraynada müharibə nə qədər davam edəcək? - PROQNOZ

Dünya
 14-06-2022, 22:03     258

Beynəlxalq tədqiqatçılar hesab edirlər ki, Ukraynadakı müharibə on ildən çox davam edəcək dondurulmuş münaqişəyə çevrilə bilər.

Analitiklər hesab edirlər ki, Rusiyanın Severodonetski ələ keçirilməsi ehtimalı getdikcə daha da artır. Şəhərin Lisiçanskla birlikdə işğalı halında, Rusiya ordusu Luqansk vilayətinə tam nəzarəti ələ keçirəcək. Rusiyalı hərbçilər bu istiqamətdə uğur qazansalar, çox güman ki, diqqətlərini artıq xeyli hissəsi işğal olunmuş Donetsk bölgəsinə yönəldəcəklər.

ABŞ-ın Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun strategiya, texnologiya və silahlara nəzarət üzrə direktoru Uilyam Alberke hesab edir ki, Rusiyanın müdafiə xəttinin hardasa yarılması ehtimalı var. Onun sözlərinə görə, bu, işğalçı ölkəni ərazi ambisiyalarını daha da azaltmağa məcbur edəcək. Lakin belə olduqda, hazırki müharibə onilliklər boyu və ya daha çox davam edən dondurulmuş münaqişəyə çevriləcək.

Xatırladaq ki, Severodonetsk və Lisiçansk Luqansk vilayətində Ukrayna hərbçilərinin əlində olan sonuncu şəhərlərdir. Hazırda Rusiya qoşunları Severodonetskə aparan bütün körpüləri dağıdıb./Mənbə: rbc.ua

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26