Interposta.Info

Meymun çiçəyi virusu İtaliyada da aşkarlandı

Dünya
 20-05-2022, 10:47     313


İtaliyanın paytaxtı Romada bir nəfərdə meymun çiçəyi virusu aşkarlanıb.

Virus daşıyan şəxsin İspaniyanın Kanar adalarından Romaya gəldiyi bildirilib.

İtaliyanın Ali Səhiyyə İnstitutu ölkədə meymun çiçəyi virusu ilə bağlı vəziyyətə nəzarət etmək üçün mütəxəssislərdən ibarət xüsusi əməliyyat qrupu yaradıb.

Səhiyyə Nazirliyi isə bu xəstəliklə bağlı bölgələrdəki yerli səhiyyə orqanlarına xəbərdarlıq məktubu göndərib.

İtaliyanın səhiyyə naziri Roberto Speranza həm milli, həm də Avropa müşahidə şəbəkələri sayəsində məsələyə böyük diqqətlə yanaşdıqlarını deyib.

Qeyd edək ki, Mərkəzi və Qərbi Afrikada meymundan insana keçən endemik virusun səbəb olduğu bu nadir xəstəlik Avropada ilk dəfə mayın əvvəlində aşkarlanıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26