Interposta.Info

Zelenski G7 liderləri ilə Ukraynadakı vəziyyəti müzakirə edəcək

Dünya
 7-05-2022, 09:31     301

Ukrayna Prezidenti Volodimir Zelenski ilə “Böyük Yeddilik” (G7) ölkələrinin liderləri mayın 8-də videokonfrans keçirəcək.

Bu barədə Ağ Evin mətbuat katibi Cen Psaki brifinqdə bildirib.

Onun sözlərinə görə, liderlər Ukrayna ətrafındakı vəziyyəti, habelə Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi perspektivlərini müzakirə edəcəklər.

Psaki qeyd edib ki, ABŞ Rusiyanın həm fiziki, həm də hüquqi şəxslərinə qarşı yeni sanksiyalar tətbiq edəcək. Sanksiyaların qəbulu videokonfrans zamanı müzakirə olunacaq.

Bununla yanaşı, Ağ Evin sözçüsü deyib ki, ölkəsi mayın 12-13-də keçiriləcək ABŞ-ASEAN sammitində Ukrayna ətrafındakı vəziyyəti, həmçinin KXDR ilə bağlı məsələləri müzakirə etmək niyyətindədir./report

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26