Interposta.Info

Ukrayna hərbçiləri Xarkovun Kutuzovka kəndinə nəzarəti bərpa edib

Dünya
 29-04-2022, 09:23     298

Ukrayna hərbçiləri Xarkov vilayətinin Kutuzovka kəndi üzərində nəzarəti tamamilə bərpa ediblər.

Bu barədə Ukrayna Ordusunun Baş Qərargahının məlumatında deyilir.

Qeyd edilir ki, Rusiya Slobojan istiqamətində, Belqorod vilayəti ərazisində əlavə hərbi qüvvələr və texnika yerləşdirib.

Baş Qərargahdan verilən məlumata görə, düşmən şəxsi heyətin və hərbi texnikanın xeyli itkisi səbəbindən döyüş qabiliyyətini bərpa etmək üçün Hərbi Hava Desant Qüvvələrinin tabor taktiki qrupunu Rusiya Federasiyasına göndərib.

Qeyd edilir ki, Rusiya ordusu pilotsuz uçuş aparatları ilə hava kəşfiyyatını davam etdirir./report

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26