Interposta.Info

Putin: "Qərb Rusiyanı məhv etməyə cəhd göstərir"

Dünya
 25-04-2022, 20:50     244

Rusiya cəmiyyətini parçalamaq və Rusiyanı məhv etmək Qərbin birinci planında olan vəzifədir. Lakin bu alınmır.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya prezidenti Vladimir Putin Baş Prokurorluqda keçirilən geniş kollegiya iclasında çıxışında bildirib.

"Bizi təəccübləndirən budur ki, Avropa və ABŞ-dakı yüksək rütbəli diplomatlar öz Ukrayna sattelitlərini döyüş meydanında qalib gəlmək üçün bütün imkanlarından istifadə etməyə çağırırlar. ABŞ və Avropadakı tərəfdaşlarımız arasında belə qəribə diplomatiya mövcuddur. Diplomatlar hətta buna çağırış edirlər. Amma bunun qeyri-mümkün olduğunu dərk etdikdən sonra başqa bir vəzifə önə çıxır - Rusiya cəmiyyətini parçalamaq, Rusiyanı daxildən məhv etmək. Amma bu da işləmir.”, - deyə Rusiya prezidenti vurğulayıb.

Onun sözlərinə görə, Rusiya cəmiyyəti yetkinlik və həmrəylik nümayiş etdirir, Silahlı Qüvvələri dəstəkləyir, Rusiyanın özünün təhlükəsizliyini qeyd-şərtsiz təmin etməyə və Donbasda yaşayan vətəndaşlara dəstək verməyə yönəlmiş səylərii dəstəkləyir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26