Ukrayna MN: "Rusiya torpaqlarımızı minalayır"

"Rusiya hərbçiləri torpaqlarımızı minalayır".
"İnterPosta" xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin "Twitter" səhifəsində məllumat verilib.
Məlumatda bildirilir ki, Rusiya hərbçiləri Ukraynanın yararlı ərazilərini minalayır:
"Rusiya bizim təkcə infrastruktur, sənaye obyektlərimizi deyil, həm də meşələrimizi, kənd təsərrüfatı torpaqlarımızı minalayır. Həmin torpaqların istifadəyə yararlaı olması üçün illər lazım gələcək. Bu, terrordur”.
İnterPosta.info