Interposta.Info

Britaniya kəşfiyyatı: Döyüşlər Kiyevin mərkəzindən 25 km məsafədə gedir

 

Dünya
 12-03-2022, 11:26     344

Kiyevin şimal-qərbində, şəhərin mərkəzindən təxminən 25 kilometr məsafədə Rusiya quru qüvvələrinin əsas hissəsi ilə döyüşlər davam edir.

Bu barədə Britaniya Müdafiə Nazirliyinin Kəşfiyyat Xidmətinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, Kiyevin şimalındakı Rusiya hərbi qüvvələrinin böyük kolonu səpələnib və çox güman ki, bu, Rusiyanın şəhəri mühasirəyə almaq cəhdinə xidmət edəcək.

Lakin eyni zamanda kəşfiyyat xidməti bunun Ukraynanın Rusiya qüvvələrinə ciddi zərbə vuran əks-hücumlarına qarşı zəifliyini azaltmaq üçün Rusiyanın cəhdi olduğunu istisna etmir.

"Xarkov, Çerniqov, Sumi və Mariupol şəhərləri mühasirədə qalır və Rusiyanın ağır atəşinə məruz qalmağa davam edir", məlumatda qeyd olunub./apa

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26