Interposta.Info

“Biz yalnız döyüşürük, Qərb ölkələri uzaqdan izləyir” - Zelenski

Dünya / Paradoks
 25-02-2022, 10:04     871

"Biz yalnız döyüşürük. Rusiyanı yeni sanksiyalar çəkindirmədi. Qərb ölkələri uzaqdan müşahidə edirlər”.

"İnterPosta" xəbər verir ki, bunu Ukraynanın Prezidenti Vladimir Zelenski deyib.

Müharibə əleyhinə aksiya keçirən rusiyalılara çağırış edən Zelenski düşmənin mülki obyektləri də atəşə tutduğunu diqqətə çatdırıb:

"İşğalçılar həm hərbi, həm də mülki obyektləri atəşə tuturlar. Onlar fərq qoymurlar. Onların məqsədi vətəndaşlara təzyiqdir. Etiraza çıxan bütün vətəndaşlara (Rusiya vətəndaşları – red) demək istəyirəm: biz sizi görürük. Bu o deməkdir ki, siz bizi eşitdiniz, bizə inanmağa başladınız. Bizim üçün mübarizə aparın, müharibə əleyhinə mübarizə aparın. Tez ya gec Rusiya və Ukrayna arasında döyüşlərin dayandırılması haqqında dialoq başlayacaq"./qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26