Interposta.Info

Bu gün Rusiyada Putinin rəhbərliyi ilə nüvə silahı təlimləri keçiriləcək

 

Dünya
 19-02-2022, 10:07     403

Bu gün Rusiya Silahlı Qüvvələrinin Ali Baş Komandanı Vladimir Putinin rəhbərliyi ilə ballistik və qanadlı raketlərin buraxılışının həyata keçiriləcəyi strateji mühafizə qüvvələrinin planlaşdırılmış təlimi keçiriləcək.

Təlimlərə Aerokosmik Qüvvələrin, Cənub Hərbi Dairəsininin aerokosmik qüvvələrinin, Şimal və Qara dəniz donanmasının raket bölmələrinin qoşunları və texnikasının cəlb olunacağı gözlənilir.

Bildirilib ki, təlimlərdə Şimal Donanmasının strateji raket daşıyan sualtı qayığı Rusiyanın Uzaq Şərqindən-Kamçatkadan Kür poliqonuna, ölkənin şimalındakı nüvə sualtı qayığından isə Çiza poliqonuna qitələrarası ballistik raketlər atılacaq.

Eyni zamanda Aerokosmik Qüvvələri uzaq mənzilli təyyarələrdən qanadlı raketlər buraxacaq./qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26