Interposta.Info

Gürcüstanda 6.2 bal gücündə zəlzələ (YENİLƏNİB)

 

Dünya
 14-02-2022, 10:16     454

Gürcüstan Yer Elmləri və Seysmik Monitorinq Milli Mərkəzi yerli vaxtla 22:25-də qeydə alınmış zəlzələ ilə bağlı məlumatı yeniləyib.

Məlumata görə, Sameba kəndi yaxınlığında qeydə alınmış zəlzələnin gücü 6,2 bal olub.

Yeraltı təkanlar paytaxt Tbilisidə də hiss edilib.

22.50

Gürcüstanda yerli vaxtla 22:25-də 5,8 bal gücündə zəlzələ baş verib.

Bu barədə Gürcüstan Yer Elmləri və Seysmik Monitorinq Milli Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri Dmanisi yaxınlığındakı Sameba kəndində yerləşir.

Dağıntı və tələfat barəsində məlumat yoxdur.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26