Interposta.Info

Məşhur "kazinolar kralı"nın konvoyuna SİLAHLI HÜCUM - Qumar baronu Falyalı ÖLDÜ FOTO

 

Dünya / Manşet
 9-02-2022, 11:16     424

Şimali Kiprdə yaşayan məşhur qumar baronu Halil Falyalının hücum nəticəsində öldüyü iddia edilib.

Halil Falyalı və həyat yoldaşının olduğu konvoya hücum edilib. Sürücüsü hadisə yerində keçinərkən, xəstəxanaya aparılan Falyalını bütün müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb.

Oteldən evə getmək istəyən "kazinolar kralı" Halil Falyalı yolda pusquya düşüb. Hücum zamanı Falyalının sürücüsü Murat Demirtaş da həlak olub.

Şimali Kipr mediasının məlumatına görə, hücumdan sonra reanimasiya şöbəsinə yerləşdirilən Halil Falyalı bütün müdaxilələrə baxmayaraq həyatını itirib.

Hadisə yerində çoxlu qan itirən Halil Falyalının ürəyi dayandığı, Lefkoşa Dr. Burhan Nalbantoğlu Dövlət Xəstəxanasının reanimasiya şöbəsinə aparıldığı, lakin dünyasını dəyişdiyi açıqlanıb.

Falyalının həyat yoldaşı və uşağının hücum zamanı arxadakı avtomobildə olduğu və hücumdan sağ-salamat xilas olduqları bildirilib.

Qeyd edək ki, Halil Falyalı bir müddət əvvəl Sedat Pekerin açıqlamalarının hədəfi olmuşdu. Birləşmiş Ərəb Əmirliklərində gizlənən və bir çox insan haqqında iddialar irəli sürən cinayətkar şəbəkə lideri Peker Halil Falyalıya qarşı da ittihamlar səsləndirmişdi. Falyalı da Pekərə cavab vermişdi.

Bu arada, təhlükəsizlik kamerasından hücum edənlərin görüntüləri üzə çıxıb./Avropa.info

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26