Interposta.Info

Almatıda etirazçılar meriyaya soxuldular (VİDEO)

Dünya
 5-01-2022, 14:55     464

Almatıda etirazçılar meriya binasına soxulublar.

"İnterPosta" xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Binanın üstündən qara tüstü qalxır, atəş səsləri eşidilir.

Sputnik Qazaxıstan xəbər verir ki, saat 12:46-ya olan məlumata görə, şəhər prokurorluğunun binası yanır.

Daha əvvəl bildirilmişdi ki, etirazçılar toqquşmaya başlayıb, təhlükəsizlik işçilərini döyüblər. Polis xüsusi avadanlıqlardan, o cümlədən səs qumbaralarından istifadə edir. Almatıda fövqəladə vəziyyət rejimi qüvvədədir.

Qazaxıstanda etirazlar qazın bahalaşmasından sonra başlayıb. Mangistau və Almatı vilayətlərində, eləcə də Almatıda yanvarın 19-dək fövqəladə vəziyyət elan edilib./qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26