Interposta.Info

Ermənistan aviaşirkəti İrəvan - İstanbul reysi üçün ərizə təqdim edib

Dünya
 25-12-2021, 09:51     344

“Flyone Armenia” şirkəti Ermənistanın Mülki Aviasiya Komitəsinə İrəvan - İstanbul və əks istiqamətdə reyslərin həyata keçirilməsi üçün sorğu göndərib.

Bu barədə Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin mətbuat katibi Sona Arutyunyan məlumat verib.

O bildirib ki, sorğu müəyyən edilmiş meyarlara cavab verərsə, təsdiqlənəcək və aviaşirkət həmin istiqamətdə uçuşlar həyata keçirə biləcək.

Qurumun sözçüsü vurğulayıb ki, nazirlik uçuşların bərpasına heç bir maneə görmür. Belə ki, hazırkı hədəflərdən biri hava marşrutlarının coğrafiyasını genişləndirmək və sərnişin axınını artırmaqdır.

Onun sözlərinə görə, İrəvanla Ankara arasında diplomatik münasibətlərin olmadığı, həmçinin müvafiq aviasiya müqavilələrinin imzalanmadığı nəzərə alınmaqla, uçuşlar qeyri-müntəzəm olacaq.

Arutyunyan əlavə edib ki, Türkiyə aviaşirkətləri bu reysin həyata keçirilməsi üçün Ermənistanın aviasiya qurumuna müraciət etməyib./oxu.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26