Interposta.Info

Azərbaycanlı “qanuni oğru” bu ölkələrdən birinə ekstradisiya ediləcək (FOTO)

Dünya
 18-11-2021, 18:05     440


Üç gün əvvəl İzmirdə həbs olunan Gürcüstan əsilli kriminal avtoritet, mərhum Azərbaycanlı "qanuni oğru” Nadir Səlifovun ("Lotu Quli”) yaxın adamlarından olan İlqam Hacıyevin ("İlqam Bolnisski”) ekstradisiya oluna biləcəyi ölkələrin adı açıqlanıb.

"İnterPosta" xəbər verir ki, bu barədə Türkiyə hüquq-mühafizə orqanları məlumat yayıb.

Məlumatda bildirilir ki, İLqam Hacıyev silah qaçaqmalçılığı və digər cinayətlərə görə Rusiya və Fransa tərəfindən İnterpol vasitəsi ilə beynəlxalq axtarışı verilib.

Azərbaycanlı kriminal avtoritet barəsində order olan iki ölkədən birinə ekstradisiya ediləcəyi gözlənilir.

"Gazete Duvar” nəşrinin yaydığı məlumata görə, İzmirdə saxlanılan İlqam Hacıyev bir müddət əvvəl Türkiyəyə saxta pasportla gəlib. Noyabrın 15-də İzmir şəhər Təhlükəsizlik İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat zamanı saxlanılıb.

İlqam Hacıyevin məşhur türkiyəli mafiya lideri Sedat Pekerlə də fotoları da yayılıb. Ehtimal edilir ki, S.Pekərin yaxın çevrəsinin köməkliyi ilə, İlqam Hacıyev hüquq-mühafizə orqanlarından yayınaraq İzmirdə bir müddət qalmağı bacırıb”./qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26