Interposta.Info

İrəvanda atışma: Keçmiş deputat və məşhur kriminal avtoritet öldürüldü
 

Dünya
 11-11-2021, 12:27     458

Ermənistanın paytaxtı İrəvanda baş verən atışma nəticəsində 4 nəfər ölüb.

Hhadisə noyabrın 11-də saat 04 radələrində baş verib. İrəvanın Kanakera küçəsində polis əməkdaşları və müstəntiqlər iki kişi meyiti aşkarlayıblar. Sonradan məlum olub ki, həmin ərazidən 2 yaralı da hospitala aparılarkən yolda ölüb. Hadisə yerindən bir neçə silah, güllə, bıçaq aşkarlanıb.

Atışma nəticəsində kriminal avtoritet Artur Kazaryanla yanaşı, 2003-2007-ci illərdə Serj Sarqsyanın Respublikaçılar Partiyasından deputat olmuş "Kanakersi Artüş” ləqəbli Artuş Simonyan da ölüb.

Qəzetin yazdığına görə, atış açanlardan biri keçmiş deputatın Noro, Vlad, Ovannes və Akop adlı 4 oğlundan biri olub.

Məlumata görə, atışmada iştirakçılarından biri yaralı halda hospitala yerləşdirilib./qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26