Interposta.Info

“Facebook” domeni satışa çıxarıldı

Dünya / Manşet
 5-10-2021, 08:35     457

"Facebook” (facebook.com) domeni bu cür əməliyyatlarda ixtisaslaşan "Whois” saytında satışa çıxarılıb.

"İnterPosta" xəbər verir ki, bu barədə "Twitter” sosial şəbəkəsinin qurucusu Cek Dorsi öz rəsmi səhifəsində məlumat yerləşdirib.

Sözügedən saytdakı elanda domenin kim tərəfindən satışa çıxarıldığı və domen üçün nə qədər vəsait tələb edilməsi barədə məlumat göstərilməyib.

"Facebook” şirkəti məlumatı şərh etməyib.


Bu qrada "Facebook.com” və "Instagram.com” saytları üçün DNS qeydləri qlobal yönləndirmə cədvəllərində göstərilmir. Hər iki saytın domeni axtarış sistemlərində çıxsa da, onlara daxil olmaq mümkün deyil.

DNS qeydləri, bir saytın domen adını və onun IP ünvanını əlaqələndirən bir növ təlimatdır.

Xatırladaq ki, hazırda dünyanın bir sıra ölkələrində "Facebook", "Instagram" və "WhatsApp" tətbiqləri işləmir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26