Interposta.Info

Qonşularımız arasında koronadan ən çox ölüm bu ölkələrdədir (SİYAHI)

Dünya
 16-09-2021, 10:02     110


Dünyada 227 268 290 nəfərdə koronavirus aşkarlanıb.

Virusdan 4 673 652 xəstə ölüb, 203 970 323 nəfər sağalıb.

Virusa yoluxma sayına görə, ilk beşlikdə olan dövlətlər ABŞ (42 479 780 nəfər), Hindistan (33 347 325 nəfər), Braziliya (21 034 610 nəfər), Böyük Britaniya (7 312 683 nəfər) və Rusiyadır (7 194 926 nəfər).

Türkiyədə 6 738 890, İranda 5 360 387, Gürcüstanda 587 551, Ermənistanda isə 250 559 nəfərdə koronavirus aşkar edilib.

Sərhəd qonşularımız arasında koronavirusdan ən çox ölüm ardıcıl olaraq Rusiya (195 041 nəfər), İran (115 619 nəfər) və Türkiyədə (60 641 nəfər) qeydə alınıb.

Azərbaycanda koronavirusa yoluxan 463 326 nəfərin 6 167-si ölüb, 416 194 xəstə sağalıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26